Bildiyimiz kimi 4 oktyabr 2023-cü il tarixi ölkəmizdə ən əlamətdar günlərdən biridir. Bu tarixdə Azərbaycan xalqının illərdir həsrəti ilə yaşadığı ən müqəddəs yerlərdən biri olan Cəbrayılın azadlığa qovuşduğu tarixdir. Cəbrayıl rayonu öz füsunkar gözəlliyi ilə yanaşı, həm də çox böyük tarixi əhəmiyyətə malik yerlərdən biridir. Bu diyarı digər yerlərdən fərqləndirən ən üstün cəhəti Azərbaycanımızı iki hissəyə ayırmağa imkan verməyən, sanki qırılmayan son ümid ipi kimi dözüb dayanan Xudafərin körpüsünün burada yerləşməsidir. Səfalı bulaqları, əzəmətli dağları ilə zəngin olan Cəbrayıl İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizin qanı, canı bahasına və Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi nəticəsində öz azadlığına qovuşdu. 27 illik uzun bir həsrətdən sonra Cəbrayılımıza qovuşmaq hissi heç bir hisslə müqayisə oluna bilməz. Cənab Prezident İlham Əliyevin Xudafərin körpüsü yanında qürur dolu duruşu və baxışları bu hissləri bütün dünyaya açıq aşkar göstərdi.1993-cü ildən düşmən tapdağı altında qalmış Cəbrayıl şəhəri çox şükürlər olsun ki,bu gün Prezidentimizin uğurlu siyasəti nəticəsində gündən-günə çiçəklənməkdədir. Tək Cəbrayılın yox, düşmən tapdağından azad olunmuş digər torpaqlarımızın da gündən -günə çiçəkləndiyini gördükcə bir vətəndaş olaraq çox böyük qürur hissi keçirirəm. Mən inanıram ki, bu hissləri hər bir Azərbaycan vətəndaşı keçirir. Dünya tarixində analoqu olmayan İkinci Qarabağ müharibəsi bu hissləri yaşamağımıza bizə haqq verir. Düşmənin uzun illərdir hazırlaşmasına və çox möhkəm istehkamlar qurmasına baxmayaraq sadəcə 44 günlük qısa bir vaxt ərzində “Dəmir Yumruq” zərbəsi nəticəsində düşmənin darmadağın olması və rüsvaycasına məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməz xalqdır. Əlbəttə ki, hər birimiz bu şərəf dolu, qürur dolu qalibiyyətimizi göydə Allaha və yerdə Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımız uğrunda canını qurban verən hər bir şəhidimizə borcluyuq. Bu gün hər birimiz fəxr etməliyik ki, bizim İlham Əliyev kimi prezidentimiz və düşmənə aman verməyən Müzəffər Ordumuz var. Bir xalq olaraq bu gün hər birimizin mənəvi borcu Ali Baş Komandanın ətrafında sıx birləşməkdir! Bu gün Cəbrayıl şəhəri gününü qeyd edirik, bu qürur dolu sevinci bizə yaşadan hər bir Şəhidimizə Allahdan rəhmət diləyir, Cənab Prezident İlham Əliyevə uca Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Cəbrayıl Azərbaycandır!
Türkan Hümbətova,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi